Ukrayna şirkətləri Bakı metropoliteninin əlavə xətlərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna regional inkişaf, tikinti və yaşayış-kommunal təsərrüfatı naziri Gennadi Zubko verib.
"Ukraynalı inşaatçılar özlərini yaxşı tərəfdən göstərə biliblər. Onlar təkcə Aşqabadda metropoliten tikintisində yox, eləcə də Bakı metropoliteninin inşasında iştirak edə bilərlər", - G.Zubko Kiyevdə keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, burada söhbət Bakı metropolitenində 2016-2017-ci illərə planlaşdırılan əlavə xətlərin inşasından gedir.