Ukraynalı general NATO komandanları ilə gizlicə görüşdü

Ukraynalı general NATO komandanları ilə gizlicə görüşdü
  • DÜNYA

Ukrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Pavlyuk Almaniyanın Drezden şəhərində NATO-ya üzv ölkələrin komandanları ilə gizli görüş keçirib.
Aktual.az xəbər verir ki, bu barədə "Bild” nəşri məlumat yayıb.
Məlumata görə, əsasən Avropadan olan 35 ölkənin yüksək rütbəli hərbi liderlərinin qapalı görüşü üç günlük toplantı olub və avqustun 29-da başa çatıb.
Pavlyuk Almaniya Quru Qoşunlarının müfəttişi, general-leytenant Alfons Maynsla görüşüb. Görüşdə həmçinin ABŞ, Niderland, Estoniya, İspaniya, Britaniya, İsveç, Albaniya və Yunanıstan ordusunun generalları da olub.
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR