Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu gərginləşməkdə olan Rusiya-Türkiyə münasibətlərində gözlənilən mövqe nümayiş etdirib.
Aktual.az XəzərNews.az-a istinadən xəbər verir ki, dünən axşamdan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Kiyevdə yerləşən mərkəzi ofisindən Türkiyənin bayrağı asılıb.
Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub. Baş verən hadisədən sonra iki ölkənin dövlət başçıları və müvaffiq qrumları arasında ciddi fikir ayrılığı və söz müharibəsi gedir. Bununla belə, bir qrup şəxs Türkiyənin Rusiyadakı səfirliyinə hücum edib və səfirliyin binasını yumurta atəşinə tutublar.