Ukraynanın Odessa şəhəri yaxınlığında səyahət gəmisinin qəzaya uğraması nəticəsində ən azı 12 nəfər batıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
"Axtarış işləri nəticəsində 23 nəfəri xilas etmək mümkün olub, 12 nəfərin meyiti tapılıb. Axtarış işləri davam edir. Məlumat yenilənəcək", - deyə məlumatda bildirilir. Bununla yanaşı gəminin göyərtəsində 36 nəfərin olduğu qeyd edilib.