ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi Ukraynada münaqişənin sona çatmasının başlanğıcını göstərir.
Aktual.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Spektator” jurnalının yazarı Ouen Metyus bildirib.
Onun fikrincə, münaqişədən sonra Rusiya çox güman ki, azad edilmiş ərazilərin ən azı əksəriyyətinə nəzarəti əlində saxlayacaq.
Metyus hesab edir ki, bir çox ukraynalı belə bir nəticəni "xəyanət və arxadan bıçaq zərbəsi” kimi qəbul edəcək, bunun nəticəsində onilliklər ərzində Ukraynada Qərbə qarşı qəzəb və nifrət yaranacaq:
"Ukrayna əhalisinin başqa bir kəsimi də onminlərlə hərbçinin həyatını xilas etmək və "ləyaqətli gələcəy”i təmin etmək üçün hərbi əməliyyatların dayandırılmasını görməkdən şad olacaq. Qarşıdurmanın davam etməsi Ukrayna iqtisadiyyatını və infrastrukturunu daha da məhv etmək təhlükəsi yaradır".
Xəbər 183 dəfə oxunub.