Ukraynada qripdən ölənlərin sayı 200-ü keçdi

Ukraynada qripdən ölənlərin sayı 200-ü keçdi
  • DÜNYA

Əhalinin 8,3%-i bu xəstəliyə tutulub.

Fevralın 5-nə olan məlumata görə, Ukraynada epidemiya mövsümünün əvvəlindən 201 ölüm hadisəsi qeydə alınıb.

Aktual.az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölənlər arasında 17 yaşına qədər üç uşaq və bir hamilə qadın var.

Ümumilikdə qrip və KRX xəstəliyi ilə 3,2 milyondan çox adam qeydə alınıb, əhalinin 8,3%-i bu xəstəliyə tutulub.

“Odessada – 34, Vinnitsk – 13, Zaparojets-12, Çerkasskda - 13, Rovenskdə - 11 və Kiyevdə - 11 ölüm hadisəsi qeydə alınıb”, - tibb işçiləri bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi yanvar ayının 26-dan Ukraynada qrip epidemiyası elan edib.

Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR