Bir gün ərzində 26 nəfər ölüb.
Ukraynada 246 nəfər qrip epidemiyasının qurbanı olub.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin saytında məlumat yayılıb.
“Epidemiya mövsümünün əvvəlindən qripdən 246 ölüm hadisəsi qeydə alınıb. Ölənlərdən üç nəfərinin yaşı 17-yə qədər olanlardır.
Ən çox ölüm hadisəsi Odessa vilayətində - 40, Kiyevdə - 29, Xarkov vilayətində - 15, Çerkas və Rovensk vilayətlərinin hər birində 14 ölüm hadisəsi qeydə alınıb”, – məlumatda bildirilib.
Bir gün ərzində 26 nəfər ölüb.
Yanvar ayında Ukrayna Səhiyyə Nazirliyində qripə yoluxma nəticəsində 51 ölüm hadisəsi qeydə alınıb.