Ukraynada müharibədən qaçmaq olardı. Bununla belə, bir sıra subyektlər Rusiyanın Ukraynaya hərbi təcavüzünü asanlaşdırmaq üçün mümkün olan hər şeyi etdilər.
Aktual.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
"Təəssüf ki, baş verənlər dost ölkəmiz Ukrayna üçün dağıdıcı nəticələrə səbəb oldu. Təbii ki, istənilən müharibənin qarşısını almaq olar. 2008-ci il müharibəsindən, Ukraynadakı müharibədən asanlıqla qaçmaq olardı, lakin müəyyən qüvvələr, qlobal müharibə partiyası olan dərin dövlət Ukraynada müharibənin başlaması üçün hər şeyi etdi”, - Kobaxidze bildirib.
Xəbər 94 dəfə oxunub.