Ukraynada koronavirusa yoluxanların sayı 60 minə çatır

Ukraynada koronavirusa yoluxanların sayı 60 minə çatır

Ukraynada son 1 həftədə koronavirusa ən az yeni yoluxma halı qeydə alınıb.

 Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Milli Təhlükəsizlik və Müdafiə Şurası yayıb.
Bildirilib ki, son sutkada ölkədə 651 nəfərə COVID-19 diaqnozu qoyulub. Eyni dövr ərzində 13 nəfər vəfat edib, 560 nəfər isə sağalıb.
Beləliklə, Ukraynada indiyədək qeydə alınmış yoluxma hallarının sayı 59 493-ə yüksəlib. Onlardan 31 439 nəfər koronavirusdan sağalıb, 1 498 nəfər isə ölüb.
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR