Ukraynada daha 325 nəfərdə koronavirus aşkarlanıb.
"Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Şərqi Avropa ölkəsində qeydə alınan koronavirus hallarının sayı 3 102 nəfərə çatıb. Ölkədə COVID-19-dan ölənlərin sayı 93, sağalanların sayı isə 97nəfərdir.
Yoluxma faktlarının böyük hissəsi paytaxt Kiyevdə qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötənilindekabrında Çinin Uhan şəhərində yayılmağabaşlayıb. Hazırda virus 210ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 427 896 nəfəri sağalıb, 114 291 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 440 dəfə oxunub.