Ukraynanın paytaxtı Kiyevdə yerləşən Ar-Rahman məscidində ənənəvi iftar süfrəsinə Azərbaycan mətbəxi təqdim edilib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Ramazan bayramı münasibətilə hər il Ar-Rahman məscidində sərbəst formada müsəlman xalqların mətbəxlərinin festivalı keçirilir. Bu zaman iftar süfrəsinə müxtəlif müsəlman ölkələrinin milli yeməkləri təqdim edilir.
Süfrədə həmçinin, Ukrayna mətbəxindən də çeşidlər görmək mümkündür.
Ötən gün isə məsciddə iftar süfrəsini Azəbaycan milli mətbəxinə məxsus bir sıra yeməklər bəzəyib.