Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya ordusu və separatçılar Baxmut və Soledar yolunu nəzarətə götürüblər, yaxınməsafəli artilleriya döyüşləri gedir.
Qeyd edilib ki, ötən sutka ərzində Xarkov, Zaporojye, Nikolayevə raket hücumları davam edib.
O da bildirilib ki, Ukraynada erməni hərbçi həmyerlimiz Seyfi Ağayevi işgəncələrlə öldürüb.
"Qarlovka şəhərində yaşayan S.Ağayev əslən Laçın rayonundan olub. Bir müddət əvvəl "Vaqner” hərbi şirkətinin erməni üzvü ilə mübahisəsi düşüb və o, əsir götürülüb. Ehtimal edilir ki, verilən işgəncələrdən sonra o həyatını itirib”.
Xəbər 356 dəfə oxunub.