Ukraynada azərbaycanlı tələbənin qətlinin bəzi təfərrüatları məlum olub

Ukraynada azərbaycanlı tələbənin qətlinin bəzi təfərrüatları məlum olub

Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.

Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib.

Qətlin səbəbi hələlik məlum deyil.

M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR