Ukraynada azərbaycanlı tələbə öldü

Ukraynada azərbaycanlı tələbə öldü

Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb.

Aktual.az  APA-ya istinadən bildirir ki, hadisə dünən səhər baş verib.
 
Azərbaycan vətəndaşı, İmişli rayonunun Cəfərli kəndində anadan olmuş ikinci kurs tələbəsi Abbaszadə Emil Mahir oğlunun intihar etdiyi, yoxsa kimlərsə tərəfindən yüksəklikdən atıldığı hələlik məlum deyil.
 
Tələb yoldaşlarının bildirdiyinə görə, onun yataqxananın 7-ci mərtəbəsindən düşdüyünü görüblər. Lakin hadisənin motivi və təfərrüatları barədə məlumatları yoxdur.
 

Aktual.az 

Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR