Ukraynanın Çerniqov şəhərində Azərbaycan vətəndaşı həbs olunub.
Aktual.az bildirir ki, Çerniqovda yaşayan Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurasının sədr müavini, keçmiş polis polkovniki İbrahim Əliyev APA-ya deyib ki, bu, 1992-ci ildə Bakıda anadan olmuş Cəfərov Cəfər Vaqif oğludur.
C. Cəfərov bu ilin əvvəlində Ukraynaya gedib. Çerniqov vilayətinin Bumbokski rayonunda yaşlı bir qadının evinə hücum edərək onu qarət edib, sonra isə döyərək öldürüb. Hadisədən bir müddət sonra isə bu günlərdə vilayət polisi tərəfindən saxlanılıb. Hazırda istintaqı gedir.