Ukrayna və Türkiyə hərbi-texniki əməkdaşlıq edəcək

Ukrayna və Türkiyə hərbi-texniki əməkdaşlıq edəcək
  • DÜNYA

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinov Ankarada türkiyəli həmkarı Seyfullah Hacımüftüoğlu ilə görüşüb.


Aktual.az  APA-ya istinadən bildirir ki, görüşdə terrorçuluqla mübarizədə səylərin birləşdirilməsi və hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Ukrayna MTMŞ-in mətbuat xidmətinin məlumatına görə, tərəflər həmçinin terrorçuluğu dəstəkləyən ölkələrə və qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə səy göstərməyə, habelə güc strukturlarının fəaliyyətinin əlaqələndirilməsinə dair razılığa gəliblər.    

Turçinovun sözlərinə görə, Ukrayna və Türkiyə siyasi-diplomatik, hərbi-texniki və iqtisadi resursların birləşdirilməsi üçün unikal imkan əldə ediblər.  O bunun Qara Dəniz bölgəsində güc balansının pozulmasının qarşısını almaq üçün yaxşı fürsət olduğunu vurğulayıb: "Bizim ölkələr səmərəli regional təhlükəsizlik sisteminin yaradılmasında aparıcı rol oynamalıdırlar".

Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR