"Ukrayna və Suriya Rusiyanın təsir əhatəsindən uzaqlaşır"

  • DÜNYA

"Ukrayna və Suriya Rusiyanın təsir əhatəsindən uzaqlaşır".

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama "Ölkənin vəziyyəti barədə" illik müraciətində bəyan edib.

"İqtisadiyyatının zəifləməsinə baxmayaraq, Rusiya resurslarını onun təsir əhatəsindən sürətlə uzaqlaşan Ukrayna və Suriyaya yönəldir", - deyə Obama qeyd edib.

Barak Obama ABŞ-ın demokratiyanın qorunmasında Ukraynanı dəstəklədiyini qeyd edib.

"Biz Ukraynaya demokratiyasının qorunmasına və ya Kolumbiyaya on illərlə davam edən müharibənin həllinə dəstək veririksə, bu bizim də asılı olduğumuz beynəlxalq nizamı möhkəmləndirir", - deyə Obama vurğulayıb.

Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR