Ukrayna və Azərbaycan razılaşdı

Ukrayna və Azərbaycan razılaşdı

Ukraynanın baş naziri Arseni Yatsenyuk dekabrın 6-da Azərbaycan və Qazaxıstandan olan həmkarları ilə telefon söhbəti aparıb.


Aktual.az report-a istinadən məlumat verir ki, bu barədə sözügedən ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna və Qazaxıstan hökumətlərinin rəhbərləri mövcud problemin həllinə hazır olduqlarını nümayiş etdiriblər və dərhal səmərəli və əlverişli tranzitin təmin edilməsi üçün milli səlahiyyətli idarələrə danışıqları operativ şəkildə başa çatdırmaq tapşırığı veriblər", - deyə məlumatda bildirilir.

Yatsenyuk Azərbaycanın baş naziri Artur Rəsizadə ilə də tranzit probleminin həlli yolları ilə bağlı prinsipial razılaşma əldə edib. Tərəflər razılığa gəliblər ki, hər iki dövlətin milli səlahiyyətli nümayəndələri qısa müddət ərzində lazımi texniki qərarların razılaşdırılması üçün bir araya gələcəklər.

Xatırladaq ki, Rusiya Ukrayna mallarının öz ərazisindən tranzitini tam olaraq dayandırıb.

Aktual.az

Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR