Ukraynada Rusiyaya mal aparan maşınların yolu bağlandı
Ukraynalı fəallar ölkənin Zakarpetye vilayətində Avropadan Rusiyaya mal aparan yük maşınlarının yolunu bağlayıblar.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, bir qrup ukraynalı vətənpərvər fəal vilayətin ərazisində blok-post qurublar.
Bundan əlavə Rusiyadan Avropaya gedən rus nömrəli yük maşınlarının hərəkəti də dayandırılıb.
"Praviy sektor" hərəkatının dəstəklədiyi fəallar bu blokadanı "Ayı blokadası" adlandırıblar.