Ukrayna Rusiya qazından tamamilə imtina edəcək

Ukrayna Rusiya qazından tamamilə imtina edəcək
  • DÜNYA

Ukrayna 10 il ərzində Rusiya qazından tamamilə imtina edəcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Arseni Yatsenyuk bildirib.

O qeyd edib ki, Kiyev, demək olar ki, Rusiya qazından yüz faizlik asılılıqdan xilas olub və iki il əvvəl Avropa İttifaqından (Aİ) revers tədarüklərə başlayıb.

Yatsenyuk, həmçinin qeyd edib ki, Kiyev Aİ qarşısında Ukraynanı bütün tranzit imkanlarından və ildə iki milyard dollardan məhrum edən "Şimal axını-2" qaz kəmərinin tikintisinə yol verilməməsinə dair məsələ qaldırıb.

Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR