Ukraynanın Antiinhisar Komitəsi Rusiyanın "Qazprom" şirkətinin 85 mlrd. qriven (3,47 mlrd. dollar) məbləğində cərimələnməsi barədə qərar qəbul edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Komitənin sədri Yuri Terentyev bildirib.
Qeyd olunub ki, "Qazprom" qaz tranziti bazarında inhisarçı vəziyyətindən sui-istifadə edib.
Xatırladaq ki, Ukraynanın "Naftoqaz" şirkəti daha öncə "Qazprom" şirkətinin tranzit bazarından sui-istifadə etməsindən zərərin həcminin 6 mlrd. dollar olduğunu qeyd edib. Ukraynanın Antiinhisar Komitəsi 2009-2015-ci illərdə "Qazprom" şirkətinin "Naftoqaz" şirkəti ilə sazişin şərtlərini pozduğunu açıqlayıb.