Ukrayna kütləvi qırğın silahları hazırlamaq planları ilə bağlı adı açıqlanmayan mənbələrdən gələn eyhamları rəsmən təkzib edib.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi deyib.
O qeyd edib ki, Ukrayna 1994-cü ildə qoşulduğu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin sadiq iştirakçısı olub və olaraq qalır:
"Tarixdə beynəlxalq sülhə, təhlükəsizliyə və nüvə silahının yayılmamasına ən böyük töhfə verən Ukrayna bu gün terrorçu Rusiya dövlətinin nüvə şantajı ilə üz-üzədir. Moskva təkcə kütləvi qırğın silahları mövzusunda məsuliyyətsiz və təhlükəli ritorikaya əl atmır, həm də Zaporojye AES-in qanunsuz işğalını davam etdirərək, Ukraynadakı nüvə obyektlərinə qəbuledilməz təhdidlər yaradır".
Xəbər 191 dəfə oxunub.