Ukrayna artilleriya mərmilərinin sayına görə Rusiya ilə paritetə çatıb.
Aktual.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
"AB-nin vəd etdiyi 1 milyon mərmi demək olar ki, Ukraynaya çatdırılıb. Bir neçə ay əvvəl artilleriya mərmisi ehtiyatlarının nisbəti Rusiyanın xeyrinə idi. Bu gün paritet demək olar ki, əldə olunub. Bu o deməkdir ki, Ukraynanın sərəncamında Rusiyada olduğu qədər artilleriya mərmisi var", - Pistorius bildirib.
Xəbər 43 dəfə oxunub.