Ukrayna Marseli seçdi

Ukrayna Marseli seçdi
  • İDMAN

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko gələn il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı haqda danışıb.

Aktual.az anspress-ə istinadən bildirir ki, futbol rəsmisi həmçinin ölkənin bir nömrəli komandasının qalacağı yerlə bağlı məsələyə də aydınlıq gətirib.

"Biz baş məşqçi Mixail Fomenko ilə birlikdə yığma komandamızın qalacağı yer kimi Fransanın cənubunu Marsel şəhərini seçmişik. Burada biz yığmamız üçün həlledici olacaq Polşa ilə oyuna çıxacağıq. Əgər biz Marseldə və ya onun ətrafında qalsaq onda oyunlara daha yaxşı hazırlaşmaq imkanı əldə edəcəyik. Amma hələlik bununla bağlı Fransanın müvafiq qurumları ilə bağlı son razılığa gəlməmişlik. Hazırda məsələ ilə əlaqədar danışıqlarımız davam edir",- deyə Andrey Pavelko bildirib.
Ukraynalılar "Avro-2016"nın final mərhələsinə vəsiqəni "pley-off" oyunu nəticəsində əldə edib. İlk görüşdə Sloveniyanı 2:0 hesabı ilə məğlub edən Ukrayna millisi cavab matçında rəqibi ilə bərabərə qalıb - 1:1. Bu nəticə Mixail Fomenkonun yetirmələrini "Avro-2016"-nın final mərhələsinə daşıyıb.

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR