Ukrayna "Cenevrə +" formatında Krımın qaytarılmasına dair beynəlxalq mexanizm hazırlamağı planlaşdırır.
Aktual.az Modern.az-a istinadən verdiyi xəbərə görə, bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
"Bu cür mexanizmin yaradılması üçün biz Avropa İttifaqındakı tərəfdaşlarımız, ABŞ və ehtimal ki, Budapeşt memorandumunu imzalayan ölkələrin iştirak edəcəyi "Cenevrə +" formatını nəzərdən keçiririk", - deyə o bildirib.
Poroşenko Krımın qaytarılmasının Ukrayna hökumətinin əsas prioritet vəzifələrindən biri olduğunu qeyd edib.