Fransa ilə Ukrayna arasında uzunmüddətli əməkdaşlığı müəyyən edən tarixi müqavilə imzalayıb.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat verib.
Saziş Parisdəki Villakuble aviabazasında Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında imzalanıb.
Müqaviləyə əsasən, Ukraynaya Fransanın "Rafale” çoxməqsədli qırıcılarının tədarükü, Ukraynanın aviasiya donanmasını 250 təyyarəyə (F-16 və "Gripens” də daxil olmaqla) çatdırmaq üçün 10 illik razılaşma, ️SAMP/T hava hücumundan müdafiə sistemlərinin, raketlərin və anti-dron sistemlərinin tədarükü nəzərdə tutulur.
Xəbər 49 dəfə oxunub.