Moskvanın Ukrayna ilə bağlı sülh təklifləri ləğv edilməyib, lakin indiki mərhələdə danışıqlar yersiz olardı.
Aktual.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Danışıqlar prosesindəki fasilənin nə qədər davam edəcəyi, digər məsələlərlə yanaşı, döyüş meydanındakı vəziyyətdən də asılıdır. İndiki mərhələdə bu avantüranı (Ukraynanın Kursk vilayətinə hücumu – red.) nəzərə alsaq, biz danışmayacağıq"- Uşakov bildirib.
Xəbər 184 dəfə oxunub.