Ukrayna ordusunun Rusiyaya müdaxiləsi Kiyevə üstünlük qazandırsa da, şərq cəbhəsində vəziyyət ağır olaraq qalır.
Aktual.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ukrayna ordusunun Kursk istiqamətində irəliləməsi hələ ki, Donbasda mövcud vəziyyətin Kiyevin xeyrinə dəyişməsinə səbəb olmayıb:
"Əksinə, Rusiya ordusu bir neçə məntəqəni də işğal edib. Ukrayna ekspertləri arasında polemika dərinləşib. Bir qisim Ukrayna ordusunun Rusiya ərazisində irəliləməsini dəstəkləyərkən, digər qisim şərq cəbhəsinin gücləndirilməsi və ordunun Kursk istiqamətinə cəlb edilən elit hissələrinin işğal altındakı yaşayış məntəqələrini azad etməsi üçün Donbasda əks-həmlələr həyata keçirməsinin vacibliyini bildirirlər”.
Xəbər 243 dəfə oxunub.