Ukrayna geri çəkilir, bu şəhərin işğalı an məsələsidir

Ukrayna geri çəkilir, bu şəhərin işğalı an məsələsidir
  • DÜNYA

Ukrayna Silahlı Qüvvələri yəqin ki, Uqledarı tərk etməyə başlayıb. Düşmən cinahlarından irəliləməyə davam etdiyi üçün şəhərin Rusiya tərəfindən işğalı an məsələsidir.
Aktual.az xəbər verir ki, bu sözləri "Deep State” analitik layihəsinin həmtəsisçisi Ruslan Mikula deyib.
"Düşmən şəhərdəki müdafiə qüvvələrinin bölmələrini mühasirəyə almaq məqsədilə hücum əməliyyatlarını davam etdirir. Ruslar Novoukrainka ərazisinə basqın edərək, Boqoyavlenkadan Uqledara gedən magistral yola çatmağa çalışırlar. Onların şəhərin özündə də irəlilədiyini görürük. Artıq Uqledar yaxınlığında Rusiya hücum təyyarələrinin videosu var. Buna görə də başa düşmək lazımdır ki, belə dinamika ilə şəhərin tam itirilməsi yalnız zaman məsələsidir", - R.Mikula vurğulayıb.
Xəbər 117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR