Ukrayna “Eurovision”dan çəkildiyinə görə cərimələnə bilər

Ukrayna “Eurovision”dan çəkildiyinə görə cərimələnə bilər

 Ukrayna "Eurovision-2019”da iştirakdan imtina etdiyinə görə cərimələnə bilər.


"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna Milli İctimai Teleradio Şirkətinin İdarə Heyətinin üzvü Oleksandra Koltsova bildirib.

O, həmin müsabiqənin şərtlərinə görə, iştirakçıların müqaviləni yerinə yetirmədiyi təqdirdə cərimələndiyini diqqətə çatdırıb.

"Biz "Eurovision”dakı iştirakımızı ləğv edərək cərimə ödəməliydik”, – O.Koltsova "Pramoy” televiziyasının canlı yayımında söyləyib.

Bu il Ukraynadan "Eurovision” mahnı müsabiqəsinə seçim bir çox qalmaqal ilə yadda qalıb. Bu, ilk növbədə, iştirakçıların Rusiya ilə heç bir əlaqədə olmaması ilə bağlıdır. Bundan sonra Ukrayna bu il mayın 14-18-də Təl-Əvivdə keçiriləcək müsabiqədən imtina etmək qərarına gəlib.

Xəbər 950 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR