Ukrayna gələn il "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayırmaq niyyətində deyil.
Ukraynalılar avropalı investorlara ümid edir.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.
"Avropalı mütəxəssislər cəlb etmək lazımdır. Çünki indi Stokholmda tətbiq edilən hədd çox böyük maliyyə yatırımları tələb edir", - deyə nazir bildirib.
Y.Nişuk, həmçinin "Eurovision" mahnı müsabiqəsinə hazırlıq Mədəniyyət Nazirliyi, şəhər meriyası, milli televiziya şirkəti, "Eurovision-2016"nın qalibi Camalanın komandasındakı peşəkarlar tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, mayın 14-də İsveçin paytaxtı Stokholmda keçirilmiş "Eurovision-2016" finalında Ukrayna təmsilçisi Camala Krım tatarlarının repressiyasına həsr olunmuş "1944" mahnısı ilə müsabiqənin qalibi adını qazanmışdı.