"Ukrayna hazırki hakimiyyətin təklif etdiyi kursu davam etdirərsə mövcudluğunu itirə bilər”
AzNews.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib. Saakaşvilinin sözlərinə görə, Avropanın ən kasıb dövləti statusuna çatdırılan ölkəyə təcili islahatlar və "yeni insanlar” lazımdır:
"Əgər hakimiyyətin bizə vəd etdiyi şəkildə böyüsək, ən yaxşı ssenari ilə Yanukoviç səviyyəsinə 15 il sonra çatacağıq. Yox əgər, bu günkü kimi böyüyəcəyiksə, tezliklə dövlət kimi mövcud olmaya bilərik”.
Noyabrın 7-də Saakaşvili Odessa vilayətinin qubernatoru postundan getmək istədiyini bildirib. O, Ukrayna prezidenti Petro Poroşenkonu cinayətkar qruplaşmalara himayəlik etməkdə və hakimiyyətin bütün təbəqələrini korrupsiyada ittiham edib.
Aktual.az
Xəbər 341 dəfə oxunub.