Ukrayna ordusu Rusiya Federasiyası ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq.
Aktual.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
"Ukrayna ordusunu öz ərazimizdən çıxarmayana qədər, təbii ki, onlarla heç bir danışıqlar aparmayacağıq”, - o bildirib.
Şoyqu həmçinin Ukrayna ordusunun Kursk AES-də nüvə terroru həyata keçirmək istəyini terrorizmin ən yüksək səviyyəsi adlandırıb.
Xəbər 133 dəfə oxunub.