Ukrayna ordusu Rusiyanın Kursk vilayətində növbəti uğurlar əldə edib.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.
"Ukrayna qüvvələri Qluşkov rayonunda Rusiyanın Seym çayı üzərindən ponton körpüləri və mühəndis avadanlıqlarına zərbələr endirir. Peyk görüntüləri göstərir ki, avqustun 19-da Ukrayna hərbçiləri Seym üzərində ən azı bir ponton körpüsünü dağıdıblar.
Bəzi rusiyalı hərbi blogerlər Ukrayna hərbçilərinin Vişnevkanı ələ keçirdiklərini iddia ediblər. Hətta Rusiya Müdafiə Nazirliyi avqustun 19-da yayımladığı məlumatda Ukraynanın Vişnevka bölgəsində qazandığı uğurları üstüörtülü şəkildə etiraf etmişdi”, - hesabatda qeyd olunub.
Xəbər 119 dəfə oxunub.