Ukrayna Boks Federasiyası (UBF) bu il Hindistanın Nyu-Delhi şəhərində qadınlar arasında keçiriləcək dünya çempionatını boykot edib.
Aktual.az-ın məlumatına görə, qurum Beynəlxalq Boks Assosiasiyasının (IBA) Rusiya və Belarus idmançılarının mundiala buraxılmasına icazə verdikdən sonra bu addımı atıb. Federasiya bu səbəbdən yerli boksçuların nüfuzlu yarışda iştirak etməyəcəyini açıqlayıb.
Daha əvvəl ABŞ, Böyük Britaniya, Çexiya, İrlandiya, İsveç və Kanada dünya çempionatını boykot edib.
Qeyd edək ki, yarış mart ayında təşkil olunacaq. Mayda isə kişi boksçular arasında mundial keçiriləcək.(report)
Xəbər 283 dəfə oxunub.