Ukrayna Belqoroda da zərbə endirdi: 16 yaralı var

Ukrayna Belqoroda da zərbə endirdi: 16 yaralı var
  • DÜNYA

Belqorod vilayətinə ötən gün həyata keçirilən raket və PUA hücumları nəticəsində 16 mülki şəxs yaralanıb.
Aktual.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat yayıb.
"Dünən Belqorod vilayətinə 86 dəfə atəş açılıb, 16 mülki şəxs yaralanıb, 13-ü hələ də tibb müəssisələrindədir, bir nəfərin vəziyyəti ağırdır”, - o bildirib.
Qeyd edək ki, Ukrayna ordusu Kursk vilayətinə 6 avqustda hücum edib və 11 kəndi nəzarətə götürüb.
Xəbər 189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR