Ukrayna ABŞ-yə beş il ərzində ildə 10 milyon dron istehsalını nəzərdə tutan 50 milyard dollar dəyərində saziş bağlamağı təklif edib.
Aktual.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
"Dronlara gəlincə: hazırladığımız 50 milyard dollarlıq drone deal (saziş - red.) ABŞ tərəfinə təklif edilib: 5 il, ildə 10 milyon dron. Bu, böyük bir proqramdır. Yəqin ki, müharibədən sonra həyata keçiriləcək", - o bildirib.
Xəbər 123 dəfə oxunub.