Ukrayna hər il hava hücumundan müdafiə üçün "Patriot” sistemləri alacaq və artıq 25 sistemin alınması üzrə müqavilə hazırlanır.
Aktual.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bu, çox yaxşı, çətin, amma uzunmüddətli bir prosesdir. Bəzi Avropa ölkələrində ABŞ ordusuna məxsus "Patriot” sistemləri mövcuddur və Ukrayna onları almağa hazırdır. Əgər hamı çalışsa və xoş niyyət olsa, Ağ Ev bizə bu Avropa ölkələrindəki sistemləri verməkdə kömək edə bilər”, - Zelenski bildirib.
Xəbər 66 dəfə oxunub.