UEFA Ukrayna komandasını KL-dən uzaqlaşdırdı

UEFA Ukrayna komandasını KL-dən uzaqlaşdırdı

UEFA "Dnepr-1”i Konfrans Liqasından rəsmən kənarlaşdırıb.
Aktual.az xəbər verir ki, 2-ci təsnifat mərhələsində Ukrayna klubu "Puşkaş Akademiyası” ilə qarşılaşmalı idi. Lakin "Dnepr-1”in dağılması ilə əlaqədar UEFA rəsmi açıqlama vermək qərarına gəlib.
"SK Dnepr-1” və "Puşkaş Akademiyası” arasında 25 iyul 2024-cü il tarixində keçirilməsi planlaşdırılan 2024/25 UEFA Konfrans Liqası matçı "SC Dnepr-1”-in təqsiri üzündən baş tutmadığı elan edilsin (buna görə də matçda uduzmuş hesab olunur, 0-3 hesabı ilə).
1 avqust 2024-cü ildə keçirilməsi planlaşdırılan "Puşkaş Akademiyası” ilə "SK Dnepr-1” arasında 2024/25 UEFA Konfrans Liqası matçı "SK Dnepr-1”-in günahı üzündən baş tutmadığı elan edilsin (buna görə də bu matçda uduzmuş hesab olunur, hesab 0-3)", - məlumatda bildirilib.
Beləliklə, UEFA Macarıstan komandasına iki texniki qələbə verib, Ukrayna isə avrokuboklarda yerini itirib.
Xəbər 167 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR