UEFA "Qarabağ"ın mətbuat katibi ilə bağlı qərarını verdi

UEFA
  • İDMAN

UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını açıqlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, İbrahimov futboldan ömürlük kənarlaşdırılıb.
O, Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.
Qitə futbol qurumu həmçinin Ağdam klubunu 100 000 avro məbləğində cərimələyib.
Qeyd edək ki, UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR