UEFA “Qarabağ”ın futbolçusunu ən yaxşı seçdi

UEFA “Qarabağ”ın futbolçusunu ən yaxşı seçdi
  • İDMAN

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Atletiko”nun qonağı olan "Qarabağ” Madriddən 1 xalla dönməyi bacarıb.

Aktual.az  Apasport-a istinadən xəbər verir ki, bu uğurda yarımmüdafiəçi Miçelin rolu danılmazdı.
Çünki məhz ispaniyalının həmyerliləri ilə qarşılaşmanın ilk hissəsində başla vurduğu qol Azərbaycan çempionuna xal qazandırıb. 32 yaşlı orta sahə oyunçusunun bu qəhrəmanlığını UEFA da unutmayıb. Belə ki, qitə futbol qurumu məhz onu matçın ən yaxşı futbolçusu seçib.
 
Qeyd edək ki, 4 turdan sonra aktivində 2 xal olan "Qarabağ” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.
 
Aktual.az 
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR