UEFA prezidenti Aleksander Çeferin Azərbaycana təşəkkür edib.
Aktual.az-ın məlumatına görə, sloveniyalı funksioner bu barədə Avropa futbol qurumunun rəsmi saytına açıqlama verib.
O, Türkiyədəki zəlzələdə zərər çəkənlərə dəstək verən UEFA-ya üzv milli assosiasiyalara minnətdarlığını bildirib.
Qeyd edək ki, AFFA Türkiyə Futbol Federasiyasının (TFF) ictimaiyyətə müraciətini nəzərə alaraq, dərhal qurumun bank hesabına 500 000 Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürüb.
Xəbər 262 dəfə oxunub.