UEFA Mahir Emrelinin cəzasını açıqladı

UEFA Mahir Emrelinin cəzasını açıqladı
  • İDMAN

UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev matçında birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib. 
UEFA-nın Media və İctimaiyyətlər Əlaqələr Departamentindən "Report"a verilən eksklüziv məlumata görə, 23 yaşlı hücumçu kobud oyunu ilə əlaqədar 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən, Kiprlə səfər matçını buraxmış "Qarabağ"ın forvardı Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR