UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna bu gün yekun vurulacaq.
Aktual.az-ın məlumatına görə, ikinci oyun günündə daha 9 görüş baş tutacaq.
Almaniyanın "Bavariya" klubu səfərdə İngiltərə təmsilçisi "Aston Villa" ilə qarşılaşacaq. "Liverpul" doğma meydanda "Bolonya"nı qəbul edəcəksə, "Yuventus" səfərdə "Leyptsiq"in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
2 oktyabr
20:45. "Şaxtyor" (Ukrayna) - "Atalanta" (İtaliya)
20:45. "Jirona" (İspaniya) - "Feyenoord" (Niderland)
23:00. "Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya)
23:00. "Leyptsiq" (Almaniya) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Atletik" (İspaniya)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa)
23:00. "Lill" (Fransa) - "Real" (İspaniya)
23:00. "Aston Villa" (İngiltərə) - "Bavariya" (Almaniya)
23:00. "Şturm" (Avstriya) - "Brügge" (Belçika)
Qeyd edək ki, Liqa mərhələsinin III turuna oktyabrın 22-də start veriləcək.
Xəbər 143 dəfə oxunub.