UEFA rus fanatların Marseldə törətdiyi iğtişaşla bağlı qərarını verdi.
Aktual.az Avropa.info-ya istinadən xəbər verir ki, UEFA Rusiya millisinə Avro-2016-nın sonuna kimi şərti diskvalifikasiya və 150 min avro cəzası verib.
Qeyd edək ki, şərti cəzaya görə rus fanatların qanunsuzluğu bir daha təkrarlanarsa, Rusiya futbol yığması çempionatdan qovulacaq.