UEFA Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq

UEFA Avropa Liqası:
  • İDMAN

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.
Aktual.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək.
Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
II tur
3 oktyabr
20:45. "Qarabağ" - "Malmö" (İsveç)

Baş hakim: Anastasios Papapetru.
Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzmuşdu. "Köhlən atlar" turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcək.

Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR