Türkiyənin İstanbul şəhərində UEFA-nın “KISS Marketing Community Workshop” tədbiri keçirilir.
Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə UEFA-nın bu ildən etibarən tətbiq etməyə başladığı “Grow-2020” layihəsinin təqdimatı ilə çıxış edib.
2014-cü ildə Portuqaliyanın Kaskais şəhərində təşkil olunmuş UEFA-nın “KISS Marketing Awards 2014” tədbirində AFFA-nın təqdim etdiyi “3x3 Qızlar” turniri “Ən yaxşı futbol kütləvililiyi marketinq kampaniyası” kateqoriyası üzrə “Kreativlik və İnnovativlik” mükafatına layiq görülmüşdü. Mükafatla bağlı müvafiq diplom İstanbulda keçirilən tədbirdə UEFA-nın İcraiyyə Komitəsinin üzvü Allan Hansen tərəfindən Elxan Məmmədova təqdim olunub.
Qeyd edək ki, AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri Tural Piriyev və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev tədbirdə iştirak edir.