Ucarda hamilə qadın ölüb.
Aktual.az xəbər verir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə gecə saatlarında baş verib.
Rayonun Qarabörk kənd sakini 1990-cı il təvəllüdlü, 35-36 həftəlik hamilə Ziyafət Əliyusif qızı Əliyeva gecə saatlarında ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Həkimlər ilkin tibbi yardım göstərsələr də, Z. Əliyeva orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.