Ucar rayonunda 27 yaşlı gənci avtomobil vurub.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb.
Belə ki, rayonun Qəzyan kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Əlhüseyn oğlu Rəhimovu yolu qarşı tərəfə keçərkən "VAZ-2107" markalı avtomobil vurub. Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 518 dəfə oxunub.