Ucarda piyadanı avtomobil vurub.
APA-nın xəbərinə görə, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Rauf Tələt oğlu Əmirovu hərəkətdə olan "VAZ 2107" markalı minik maşını vurub. Piyada ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsini davam etdirmək məqsədilə Bakıdakı xəstəxanaların birinə göndərilib. Fakt araşdırılır.
Aktual.az Xəbər 391 dəfə oxunub.